ABŞ Prezidenti Co Baydenin qolunda və çənəsində “ciddi xəstəliyə” işarə edə biləcək qançırlar şəklində qəribə ləkələr olduğu görülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.
Belə ki, 82 yaşlı prezident cümə axşamı Ağ Evdə çıxış edib. Prezidentin sol əlindəki ləkələr izləyicilərin diqqətindən yayınmayıb.
İzləyicilərdən biri yorumunda qeyd edib ki, sikkə ölçüsündə ləkə tünd bənövşəyi rəngdə idi və qismən makiyajla örtülmüş qançır kimi görünürdü.