• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Türkiyəli deputatlar Abdullah Öcalanla görüşdülər

DÜNYA

29 Dekabr 2024 | 09:38

Türkiyəli deputatlar Abdullah Öcalanla görüşdülər

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) İstanbuldan olan deputatı Sırrı Süreyya Öndər ilə Vandan olan deputı Pervin Buldan həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüblər.

Bakıvaxtı.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, nümayəndə heyətinin Öcalanla görüşü 4,5 illik fasilədən sonra baş tutub və iki saat davam edib.

Məsələ ilə bağlı DEM Partiyasından görüşün məzmununun yaxın vaxtlarda açıqlanacağı bildirilib.

Qeyd edək ki, siyasətçilər Öcalanla görüş üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və  müsbət cavab almışdılar.

Xatırladaq ki, terror təşkilatı PKK-nın 25 ildir İmralı həbsxanasında olan lideri Abdullah Öcalan 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Keniyada yaxalanaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib.

Fotoda Sırrı Süreyya Öndər


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026