• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-də supermarketdə atəş açılıb - 3 ölü

DÜNYA

28 Yanvar 2025 | 09:09

ABŞ-də supermarketdə atəş açılıb - 3 ölü

ABŞ-nin İndiana ştatının Elkhart şəhərindəki supermarketdə baş vermiş silahlı insidentdə şübhəli şəxs də daxil olmaqla üç nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bildirilib ki, atəş açdığı güman edilən şəxs hadisə yerinə gələn polis əməkdaşları tərəfindən öldürülüb.

Atışma zamanı iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Şəhər polisinin nümayəndələrinin sözlərinə görə, yaralı əməkdaşların vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026