• Bakı C

    3.8 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı

DÜNYA

27 Fevral 2025 | 00:02

Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Reyhanlıda 53 nəfərin həlak olmasına səbəb olan terror aktını törədənlərdən birini, Temir Dükancı ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, sərhədyanı əməliyyatla saxlanılan terrorçu Türkiyəyə gətirilib.

O, terror hadisəsi günü bombanı avtomobilə özünün yerləşdirdiyini etiraf edib.

Dukancı “dövlətin birliyini, ərazi bütövlüyünü pozmaq” və “qəsdən adam öldürmə” ittihamları ilə həbs edilib. Qeyd edək ki, o, narıncı kateqoriyada axtarışda olan terrorçulardan biri olub.

Xatırladaq ki, 2013-cü ildə Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda 53 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib.


SON XƏBƏRLƏR

26 Fevral 2025