• Bakı 15° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

KİV: USAID-in bütün əməkdaşları sentyabrın 30-na qədər işdən çıxarılacaq

DÜNYA

28 Mart 2025 | 22:43

KİV: USAID-in bütün əməkdaşları sentyabrın 30-na qədər işdən çıxarılacaq

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək işdən çıxarılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Konqresdəki mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq (ölkədə sentyabrın 30-da başa çatır).

ABŞ Dövlət katibi Marko Rubio agentliyin yenidən təşkili ilə bağlı elan edib ki, iyulun 1-dək USAID-in bəzi funksiyaları Dövlət Departamentinə veriləcək və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyalar dayandırılacaq.

Fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb. Daha sonra Amerika administrasiyası agentlik və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək niyyətində olduğunu bəyan edib. Bu da dövlət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verib.

Martın 10-da əvvəllər USAID-in müvəqqəti rəhbəri təyin edilən Rubio, altı həftəlik araşdırmadan sonra ABŞ hökumətinin agentliyin proqramlarının 83%-ni rəsmi olaraq dayandırdığını bildirib.

Onun sözlərinə görə, ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-ın maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib


SON XƏBƏRLƏR

30 Mart 2025