• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski: "Ukrayna nüvə silahından əl çəkməməli idi"

DÜNYA

28 Yanvar 2025 | 04:38 | Müəllif: Gülşən Şərif

Zelenski: "Ukrayna nüvə silahından əl çəkməməli idi"

“Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində bildirib.

Ukrayna lideri Budapeşt Memorandumuna istinad edərək ölkənin nüvə arsenalından əl çəkməməli olduğu fikrini ifadə edib. Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb buna əməl edir.

Qeyd edək ki, Budapeşt Memorandumu SSRİ-nin dağılmasından sonra sovet nüvə silahlarının Ukraynanın sərəncamında qalması mövzusunda beynəlxalq danışıqların yekunu idi. Memorandum 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Sənəddə Rusiya, Böyük Britaniya və ABŞ-nin nüvə silahlarının təhvil verilməsi müqabilində Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri öz əksini tapıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026