• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Konqoda  döyüşlər: 17 ölü, 350-dən çox yaralı var

DÜNYA

28 Yanvar 2025 | 05:10 | Müəllif: Gülşən Şərif

Konqoda döyüşlər: 17 ölü, 350-dən çox yaralı var

Konqo Demokratik Respublikasının Qoma şəhərində Konqo ordusu ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında dünən gecədən başlayan döyüşlər nəticəsində azı 17 nəfər ölüb, 367 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

“Döyüşlər davam etdiyindən xəstəxanada cərrahlar böyük yaralı axınının öhdəsindən gəlmək üçün gecə-gündüz işləyirlər”, - agentliyin mənbəsi qeyd edib.

Qoma həkimləri şəhər sakinlərini yaralıları xilas etmək üçün qan verməyə çağırıb.

Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026