Yəməndəki üsyançı Husi qüvvələri Əl-Beyda vilayəti üzərində ABŞ-a məxsus MQ-9 Reaper PUA-sını məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.
O bildirib ki, Yaxın Şərqdə eskalasiya başlayandan bəri husilər 13 belə PUA-nı məhv edib.
Qeyd edək ki, ABŞ Konqresinin müvafiq bölməsinin dəyərləndirməsinə görə, hər bir PUA-nın dəyəri 30 milyon dollardır.