• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Moskvadan Ankaraya: Vasitəçilik etmək istəyirsənsə...

DÜNYA

27 Yanvar 2025 | 20:07 | Müəllif: Subhan Mahmudov

Moskvadan Ankaraya: Vasitəçilik etmək istəyirsənsə...

Ukrayna ilə bağlı vasitəçilik etmək istəyənlər hər iki ölkəyə qarşı bərabər məsafədə olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu yanvarın 27-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşündə deyib.

Görüşdə Ukrayna ətrafında vəziyyət ətraflı müzakirə olunub.

Ankaraya bildirilib ki, Ukrayna böhranının həllində vasitəçi olmaq istəyən ölkələr bərabər məsafə prinsipinə əməl etməli, münaqişə tərəflərindən biri ilə birləşməməlidir.

Bundan əlavə, Rusiya tərəfi real sülh təşəbbüslərinə və əməkdaşlıq təkliflərinə açıq olduğunu bildirib.

Qaluzinlə Bilgiz Cənubi Qazfqazdakı prosesləri də müzakirə edib.

Qeyd edək ki, yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, müvafiq şərtlər yaranarsa, Ankara Ukrayna böhranının həllində vasitəçi kimi çıxış etməyə hazırdır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026