• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Şimali Koreya uzun fasilədən sonra turistləri qəbul edib

DÜNYA

26 Fevral 2025 | 16:43

Şimali Koreya uzun fasilədən sonra turistləri qəbul edib

Şimali Koreyaya səfər edən bir qrup turist son 5 ildə ölkəyə gələn ilk xarici turist qrupu olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Koryo Tours” turizm şirkəti məlumat yayıb.

Belə ki, şirkət açıqlamasında fevralın 20-dən 24-dək Şimali Koreyanın xüsusi iqtisadi zonasının yerləşdiyi şimal-şərq sərhəddindəki Rason şəhərinə 13 turist üçün beş günlük səyahət təşkil etdiyini açıqlayıb.

Qeyd edilib ki, turistlər Rasonda Şimali Koreya lideri Kim Çen Inın babası Kim İr Senin və atası Kim Çen İrin fabrikləri, mağazaları, məktəbləri və heykəllərini ziyarət edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Fevral 2025