Myanmanın mərkəzi hissəsində yerləşən Taunqu şəhərində məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 20 uşaqdan beşi həlak olub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Eleven Media Group” (EMG) media şirkəti məlumat yayıb.
Digər uşaqların axtarışı davam etdirilir.