• Bakı 19° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

ABŞ HƏMAS-a Trampın bəyanatı müqabilində amerikalını azad etməyi təklif edib

DÜNYA

28 Mart 2025 | 14:05

ABŞ HƏMAS-a Trampın bəyanatı müqabilində amerikalını azad etməyi təklif edib

Vaşinqton əmindir ki, ABŞ-nin vasitəçilərin dəstəyi ilə HƏMAS-a göndərdiyi yeni təklif radikallar və İsrail tərəfi arasında Qəzza zolağında atəşkəslə bağlı dialoqun bərpasına gətirib çıxarmalıdır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-a yaxın olan “Maan” agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, Vaşinqton radikalların ABŞ vətəndaşlığı olan girov İden Aleksandrı azad etməsini istəyir və bunun əvəzində ABŞ Prezidenti Donald Trampın Qəzzadakı vəziyyətlə bəyanatını vəd edir.

ABŞ tərəfinin iddiasına görə, bu, bir neçə gün müddətinə atəşkəsə və İsraillə HƏMAS arasında daha geniş saziş barədə dialoqun dərhal bərpasına gətirib çıxaracaq.


SON XƏBƏRLƏR

30 Mart 2025