Əfqanıstanda güclü qar və yağışın səbəb olduğu təbii fəlakətlər nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin təbii fəlakətlərin idarə olunması üzrə Milli İdarəsinin sözçüsü Abdullah Can Saiq bildirib.
Saiq əsasən ölkənin qərbində yerləşən Fərəh vilayətində baş verən güclü qar və yağış nəticəsində baş verən təbii fəlakətlərdə ümumilikdə 40 nəfərin yaralandığını qeyd edib.
Güclü yağışlar nəticəsində 240 evin dağıldığını, 61 evin isə zərər gördüyünü bildirən Saiq yüzlərlə hektar ərazinin də məhv olduğunu diqqətə çatdırıb.
Əli Hüseynov