• Bakı 23° C

    16.1 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Lavrov: Moskva danışıqlara hazırdır

DÜNYA

29 Dekabr 2024 | 09:21

Lavrov: Moskva danışıqlara hazırdır

Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır. 

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar böhranın əsas səbəblərini aradan qaldırmağa və “yerdə” real vəziyyəti nəzərə almağa yönəlməlidir.

    Lavrov ABŞ administrasiyasının Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün bütün rıçaqlarının olduğunu söyləyib:

    "Vaşinqton münaqişəni dayandırmaq istəsəydi, silah tədarükünü dayandırardı. Kiyev və Qərbin Ukraynada atəşkəsin tətbiqi ilə bağlı müzakirəsi onlara Ukrayna Silahlı Qüvvələrinin potensialını möhkəmləndirməkdən ötrü fasilə üçün lazımdır. Bu, dalana aparan yoldur".


    SON XƏBƏRLƏR

    10 Sentyabr 2025