• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Cənubi Koreyada qəzaya uğrayan “Boeing” 15 il qəzasız istismar edilib

DÜNYA

29 Dekabr 2024 | 10:11

Cənubi Koreyada qəzaya uğrayan “Boeing” 15 il qəzasız istismar edilib

“Jeju Air” aviaşirkəti bildirib ki, Cənubi Koreyada qəzaya uğrayan “Boeing 737-800” təyyarəsi 15 il ərzində qəzasız istismar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Bu təyyarənin 15 il istismarda olub və əvvəllər heç bir qəza keçirməyib. Hazırda mümkün nasazlıqlar barədə məlumat dəqiqləşdirilir", - hadisənin dəqiq səbəblərini araşdıracağını vəd edən şirkətin bəyanatında bildirilib.

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.


SON XƏBƏRLƏR

31 Dekabr 2024