Kolumbiya ABŞ ilə baş vermiş diplomatik böhranı aradan qaldırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media xəbər verir.
Belə ki, Kolumbiyanın xarici işlər naziri Luis Qilberto Murillo paytaxt Boqotada yerləşən "San Karlos" sarayında keçirilən mətbuat konfransında çıxış edib.
Murillo ABŞ ilə fikir ayrılıqlarını həll etdiklərini bildirərək Kolumbiyanın ABŞ-dəki səfiri Daniel Qarsia Pena ilə birlikdə Vaşinqtona səfər edəcəklərini qeyd edib.
Nazir deportasiya olunan kolumbiyalılara dair hökumətin onların hüquqlarını və ləyaqətini qorumaq üçün addımlar atacağını vurğulayıb.
Əli Hüseynov
















