Bodrumda yaşayan iş qadını və məşhur qolf oyunçusu Beyhan Benardete evində ölü tapılıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Tək yaşadığı deyilən Benardetenin yaxınları ondan xəbər ala bilmədiklərindən rəsmi qurumlara məlumat veriblər. Hadisə yerinə gələn həkimlər iş adamını evin qonaq otağında yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Benardetenin cəsədi ilkin müayinədən sonra yarılma üçün Bodrum Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Murad Məmmədli
















