• Bakı 14° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Dağıstanda qadın dəfnindən əvvəl "dirildi"

DÜNYA

29 Mart 2025 | 06:03

Dağıstanda qadın dəfnindən əvvəl dirildi

Rusiyanın Dağıstan Respublikasında qadın öz dəfnindən əvvəl oyanıb.

Bakıvaxtı.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə "Tut Dagestan" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, qadın özünü pis hiss edib və huşunu itirib, yaxınları isə onun öldüyünü düşünüb. Lakin o, yuma mərasimi zamanı qəfildən gözlərini açıb.

Qadın xəstəxanaya yerləşdirilib. Həkimlər ona "Lazar sindromu" diaqnozu qoyublar ki, bu, ürəyin dayanmasından sonra qan dövranının özlüyündən bərpa olunduğu nadir haldır. Bu fenomenin adı Lazarın dirilməsi ilə bağlı "Bibliya" hekayəsindən qaynaqlanır.

Lakin ilkin diaqnoza baxmayaraq, hələlik bu hadisənin rəsmi təsdiqi yoxdur.


SON XƏBƏRLƏR