• Bakı 11° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Xankəndinin mərkəzindəki "edam otağı"ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

HADİSƏ

31 Mart 2025 | 09:38

Xankəndinin mərkəzindəki edam otağından TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

AZTV Xankəndinin mərkəzində yerləşən dördmərtəbəli binanın zirzəmisindən çəkilmiş dəhşətli görüntüləri yayımlayıb. İlk baxışda adi yaşayış binasına bənzəyən bu tikilinin zirzəmisində əsl labirint mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, zirzəmi həbsxana və ya sığınacaq kimi istifadə edilib. Buradakı qapılar, qaranlıq tunellər və beton divarlar ora daxil olan hər kəsə xof hissi yaşadır.

Mütəxəssislərin ehtimalına görə, Vətən müharibəsi zamanı bu yer döyüşçülərin gizlənməsi üçün istifadə olunub. Lakin tunelin hara qədər uzandığı və hansı məqsədlə inşa edildiyi hələlik tam məlum deyil.

Görüntülər və daha ətraflı məlumat AZTV-nin hazırladığı süjetdə təqdim olunub.


SON XƏBƏRLƏR

01 Aprel 2025