• Bakı 11° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Məşhur müğənni Volkan Konak səhnədə öldü - VİDEO

MƏDƏNİYYƏT

31 Mart 2025 | 09:03

Məşhur müğənni Volkan Konak səhnədə öldü - VİDEO

Şimali Kipr Türk Cümhuriyyəti Səhiyyə Nazirliyi verdiyi konsert zamanı halı pisləşərək xəstəxanaya yerləşdirilən müğənni Volkan Konakla bağlı yazılı açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, özünü pis hiss etməsi səbəbilə Mağusa Dövlət Xəstəxanasına gətirilən sənətçi Volkan Konak, bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.

Qeyd edək ki, türk musiqisinin tanınmış nümayəndəsi, “Kuzeyin Oğlu” ləqəbli Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı səhnədə qəfil halı pisləşərək yerə yıxılıb. İzləyicilər tərəfindən dərhal ilk yardım göstərilib və təcili tibbi yardım çağırılıb.


SON XƏBƏRLƏR

01 Aprel 2025