• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum oldu - YENİLƏNİB

HADİSƏ

31 Mart 2025 | 20:03

Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum oldu - YENİLƏNİB

Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.

Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, cəsəddə hansısa iz aşkarlanmayıb.

    Qeyd olunub ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.

    Bu faktı mərhumun qardaşı İsfəndiyar Bağırov da təsdiqləyib.

    ***

    18:20

    Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Bayramlı kəndi ərazisində qeydə alınıb.

      Belə ki 1969-cu il təvəllüdlü Faiq Bağırovu çöl sahədə heyvan otararkən ildırım vurub. O hadisə yerinə ölüb.

      Faktla bağlı araşdırma aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      21 Sentyabr 2026