• Bakı 16° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Həccə getmək istəyənlərin diqqətinə: MÜDDƏT UZADILDI

CƏMİYYƏT

31 Mart 2025 | 17:57

Həccə getmək istəyənlərin diqqətinə: MÜDDƏT UZADILDI

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "oxu.az"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir:

"Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb".

Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


SON XƏBƏRLƏR

01 Aprel 2025