• Bakı 13° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Zaqatala minik avtomobilləri toqquşub: xəsarət alanlar var- YENİLƏNİB

HADİSƏ

31 Mart 2025 | 18:16

Zaqatala minik avtomobilləri toqquşub: xəsarət alanlar var- YENİLƏNİB

Zaqatalada baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, qəza zamanı xəsarət alan dörd nəfər rayonun Muxax kənd sakinləridir.

    Bunlar "Mersedes"in sürücüsü Rəhim Laçın oğlu Laçınov, sərnişinlər - 27 yaşlı Fuad Fazil oğlu Süleymanov, 36 yaşlı Asif İslam oğlu Əhmədov və 63 yaşlı Nizaməddin Məhəmməd oğlu Əminovdu.

    Qeyd edək ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kənd ərazisindən keçən hissəsində baş verib. Rayonun Muxax kənd sakini 50 yaşlı Rəhim Laçın oğlu Laçınovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd İsmayıl oğlu Matiyevin idarə etdiyi “Mersedes” markalı minik avtomobili toqquşub. Qəzadan sonra Rəhim Laçınovun idarə etdiyi Mersedes idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

    ***

    15:05

    Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.

      Hərəkətdə olan iki “Mersedes” markalı minik avtomobili toqquşub.

      İlkin məlumata götə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

      Hazırda yaraılılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

      Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      01 Aprel 2025