• Bakı 16° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

"Barselona" klubunun rəsmiləri Azərbaycana səfərə gəliblər

İDMAN

31 Mart 2025 | 16:23

Barselona klubunun rəsmiləri Azərbaycana səfərə gəliblər

İspaniyanın "Barselona" klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfərə gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, La Liqa nəhənginin nümayəndələri bu gün öncə "ASK Arena"da olublar.

Arenanın əsas stadionunun durumu ilə tanış olan qonaqlar daha sonra idmançıların yerləşdiyi bazaya, həmçinin stadionun ərazisinə və ətrafına baxış keçiriblər.

Dünya şöhrətli klubun nümayəndələri daha sonra "Liv Bona Dea Arena"ya baş çəkiblər. Qonaqlar futbolçuların yerləşdiyi bazanı ziyarət edib, fitness zalı, paltardəyişmə otaqları və yaradılan şəraitlə tanış olublar.

Hər iki arenaya səfər zamanı qonaqları AFFA nümayəndələri müşayiət ediblər.

Qeyd edək ki, "Barselona" rəsmilərinin səfərinin məqsədi Azərbaycanda Kataloniya təmsilçisinin akademiyasının açılacağı ilə bağlıdır.


SON XƏBƏRLƏR

01 Aprel 2025