• Bakı 10° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

"Bavariya" Virtzlə razılaşdı

İDMAN

29 Aprel 2025 | 21:41

Bavariya Virtzlə razılaşdı

"Bavariya" "Bayer"in ulduzu Florian Virti transfer etmək yolunda uğurla irəliləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Münhen təmsilçisi artıq yarımmüdafiəçi ilə prinsipial razılığa gəlib. Qeyd olunub ki, müqavilənin müddəti və maaş səviyyəsi futbolçunu tamamilə qane edir.

"Bavariya" Virtzin transferini yay pəncərəsi üçün prioritet hesab edir və transfer büdcəsinin əhəmiyyətli bir hissəsini ona sərf etməyə hazırdır. Eyni zamanda klub hazırkı oyunçuların satışından mümkün gəlirləri də nəzərə alır.

Qeyd edək ki, bu mövsüm futbolçu 40 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə verib.


SON XƏBƏRLƏR

29 Aprel 2025