• Bakı 10° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

"Real" Kurtua ilə bağlı QƏRAR VERDİ

İDMAN

29 Aprel 2025 | 11:22

Real Kurtua ilə bağlı QƏRAR VERDİ

İspaniyanın "Real" klubu yaxın günlərdə qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq.

Bakıvaxtı.az "Relevo"ya istinadən xəbər verir ki, belçikalı qolkiperin yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olacaq.

Adətən 30 yaşdan yuxarı futbolçularla bir mövsümlük müqavilə bağlayan Madrid təmsilçisinin rəhbərliyi bu qaydanı Kurtua üçün istisna edəcək.

Qeyd edək ki, 32 yaşlı qapıçı 2018-ci ilin avqustundan "Real"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb, 14 matçda isə qapını toxunulmaz saxlayıb. T.Kurtuanın Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.


SON XƏBƏRLƏR