Cənubi Amerika ölkəsi Çilidə tutumundan artıq sərnişin götürən bir turist qayığı batıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hadisə Osorno vilayətinə bağlı Bahia Mansa körfəzində baş verib. Qayıq həddindən artıq doluluq və mühərrik nasazlığı səbəbindən qayalara çırpılıb və batıb.
Rəsmi qurumların sürətli müdaxiləsi nəticəsində 27 nəfər xilas edilsə də, təəssüf ki, 7 nəfərin həyatını itirdiyi bildirilib.
Hadisə ilə bağlı istintaq başladılıb və qayığın 34 yaşlı kapitanının saxlanıldığı açıqlanıb.
Nuriyyə Musayeva