• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Yaponiya yeni bir hərbi təşkilatın qurulmasını arzulayır, ABŞ isə...

DÜNYA

29 Noyabr 2024 | 10:59

Yaponiya yeni bir hərbi təşkilatın qurulmasını arzulayır, ABŞ isə...

ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarına gəlib.

Pentaqon ilk olaraq Yaponiya sahillərinə yaxın Marian adalarından başlayıb. Bu bazanın genişləndirilməsinə 800 milyon dollar xərclənəcək. Hərbi bazanın budəfəki hədəfi ABŞ-nin strateji müttəfiqi Yaponiya deyil, strateji rəqib Çindir. Marian adaları ABŞ-nin Sakit okeanda üçüncü ən böyük hərbi bazasıdır.

Maraqlıdır ki, ABŞ-nin sözügedən ərazidə hərbi bazalarını gücləndirməsinin səbəbi nədir?

Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsindən sonra Yaponiyanın hələ də ciddi hərbi qüvvə saxlamaq ixtiyarı yoxdur. Ona görə də Yaponiya öz təhlükəsizliyindən çox narahatdır.

Onun sözlərinə görə, ABŞ Yaponiyanı arxayın salmaq üçün bu ölkəyə yaxın sahillərdəki hərbi bazasını gücləndirmək qərarına gəlib:

"Uzun müddətdir ki, Yaponiya NATO-nun kiçik bir formasının Şərqdə yaradılmasını təklif edir. Yaponiya istəyir ki, bura Hindistan, ABŞ-yə yaxın olan bir neçə dövlət və digər ölkələr daxil olsun. Yaponiyanın hazırkı baş naziri Siqeru İsiba hələ müdafiə naziri vəzifəsində çalışarkən bu təkliflə çıxış etmişdi və o təklif yenidən gündəmdədir. Əslində Yaponiya Çindən özünə qarşı təhlükə gördüyü üçün bu təkliflə çıxış edir. Çünki son zamanlar Çinin Yaponiya ətrafında keçirdiyi hərbi təlimlərin sayı artıb. Bu baxımdan Yaponiya ehtiyatlı davranmağa çalışır".

Zeynal Əmrəliyev: Çinin hərbi təlimlərinin sayı artığından, Yaponiya ehtiyatlı davranmağa çalışır

Müsahibimiz qeyd edib ki, Hindistan rəhbərliyi sözügedən təklifə bir qədər soyuq yanaşır, ABŞ isə buna ehtiyac görmür. Çünki Amerika NATO-nun parçalanmasının əleyhinədir.

"ABŞ mediasında gedən məlumatlara görə, Bayden Adminstrasiyası bu məsələyə ciddi yanaşmır. Əslində Trampın da bu təklifi dəstəkləyəcəyi real görünmür. Çünki Tramp NATO-nun gücləndirilməsinin əsas təbliğatçılarından və müdafiəçilərindən biridir. Hazırda ABŞ Yaponiyanı razı salmaq üçün Marian adalarında hərbi gücünü möhkəmlətməyə çalışsa da, bu, Yaponiyanı qane etmir. Ona görə də Yaponiya yeni bir hərbi təşkilatın qurulmasını arzulayır", - deyə Zeynal Əmrəliyev bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Dekabr 2024