• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Rusiya ilə ərazi probleminin həllinə ümid edirik - Siqeru İsiba

DÜNYA

29 Noyabr 2024 | 11:05

Rusiya ilə ərazi probleminin həllinə ümid edirik - Siqeru İsiba

Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsinin həlli yolunda irəliləməyə davam edəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Siqeru İsiba parlamentdə çıxışı zamanı bildirib.

"Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursunu davam etdirəcək", - o qeyd edib.

Qeyd edək ki, Moskva və Tokio İkinci Dünya müharibəsinin nəticələrinə dair sülh sazişinin bağlanması üçün keçən əsrin ortalarından bəri danışıqlar aparıb. Bu yolda əsas maneə Kuril adalarının cənub hissəsinin kimə məxsus olması ilə bağlı fikir ayrılığıdır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik adaların ona məxsus olduğunu bildirir.


SON XƏBƏRLƏR

18 Aprel 2025