• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İstanbulda xəstəxanaya silahlı hücum - 5 yaralı

DÜNYA

31 Avqust 2024 | 11:35

İstanbulda xəstəxanaya silahlı hücum - 5 yaralı

İstanbulda Bahçelievler dövlət xəstəxanasının təcili yardım şöbəsinə silahlı hücum olub.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə yerli vaxtla saat 02:30-də baş verib.

Kimliyi məlum olmayan şəxslərin açdığı atəş nəticəsində bir polis əməkdaşı, bir jandarma, özəl mühafizə xidmətinin bir əməkdaşı və iki mülki vətəndaş olmaqla 5 nəfər ağır yaralanıb.

Hazırda xəsarət alanların müalicəsi davam etdirilir, həyati təhlükələri yoxdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərlə bağlı axtarışlar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR