• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu

CƏMİYYƏT

28 Mart 2024 | 12:49

23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu

Martın 18-22 tarixlərində Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyasının iclasında Baş Prokurorluğunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan bildirilib.

Bildirilib ki, komissiyanın iclasları zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib.

Məlumata əsasən, iclasda 23 yeni narkotik vasitə, psixotrop maddə və onları prekursorları qadağan edilmiş maddələrin siyahısına əlavə olunub və 4 yeni qətnamə qəbul edilib.


SON XƏBƏRLƏR

26 Aprel 2024