• Bakı 18° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Sabah 32 dərəcə İSTİ OLACAQ - PROQNOZ

CƏMİYYƏT

27 Aprel 2024 | 12:02

Sabah 32 dərəcə İSTİ OLACAQ - PROQNOZ

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.


    SON XƏBƏRLƏR

    08 May 2024