• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Tozlu hava şəraiti davam edir

CƏMİYYƏT

27 May 2024 | 09:17

Tozlu hava şəraiti davam edir

Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

    “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.

    Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Sentyabr 2026