• Bakı 25° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

25 il sonra doğulduğu evə getdi - Foto

ŞOU

16 Iyun 2026 | 15:58

25 il sonra doğulduğu evə getdi - Foto

Türkiyəli aktyor Ozan Akbaba 25 il sonra doğulduğu Benliahmet kəndindəki evə gedib.

Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında paylaşım edib.

“25 il sonra, doğulduğum evdə…

Havası, küləyi, səsi eynidir. Arxa bağçasının otları, çiçəkləri eynidir, qoxuları eynidir. Qəribə bir hissdir.

Böyümüşəm, nələr görmüşəm, nə fırtınalardan keçmişəm, nə qorxular, nə kədərlər, nə sevinclər yaşamışam, boya-başa çatmışam, amma çiçəklərin üzərinə düşən kölgəm eynidir.

Çünki düşünürəm ki, mən çox dəyişmiş olsam da, çiçəklər heç dəyişməyib, yaxşı ki də dəyişməyib… Şanslıyam”, - paylaşımda deyilir.

Xatırladaq ki, O.Akbaba “Uzak şehir”də Cihan obrazına həyat verir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR