• Bakı 28° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

25 şəxs korrupsiya cinayəti törədərkən iş başında yaxalanıb

CƏMİYYƏT

17 Iyul 2024 | 15:27

25 şəxs korrupsiya cinayəti törədərkən iş başında yaxalanıb

25 şəxs korrupsiya cinayəti törədərkən iş başında yaxalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi keçirilən əməliyyat tədbirləri nəticəsində bu ilin ilk altı ayı ərzində korrupsiya cinayəti törədən 25 şəxs cinayət əməlini törədərkən saxlanılıb.

Diqqətə çatdırılıb ki, göstərilən müddət ərzində Baş İdarənin müvafiq qurumları tərəfindən 93 cinayət işi başlanıb.

Həmçinin, axtarışda olan 4 nəfər saxlanılıb.

 

 


SON XƏBƏRLƏR