• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİM "Abituriyent məsləhət mərkəzləri" ilə bağlı məlumat yayıb - VACİB

CƏMİYYƏT

16 Avqust 2024 | 14:32 | Müəllif: Əli Hüseynov

DİM "Abituriyent məsləhət mərkəzləri" ilə bağlı məlumat yayıb - VACİB

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış məsləhət mərkəzləri həftəsonu günlərində – avqustun 17-də və 18-də də fəaliyyət göstərəcəklər.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, məsləhət mərkəzləri qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Azərbaycan Texniki universitetlərində, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.

Abituriyent məsləhət mərkəzlərinin ünvanları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026