• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanıldı - FOTO

CƏMİYYƏT

15 Sentyabr 2024 | 11:34

Narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanıldı - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR