• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Hərarət, baş ağrısı, quru öskürək… - Payızdan əvvəl xəstəlikləri gəldi

CƏMİYYƏT

18 Sentyabr 2024 | 14:21

Hərarət, baş ağrısı, quru öskürək… - Payızdan əvvəl xəstəlikləri gəldi

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.

Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Payız özü ilə bir çox xəstəlikləri gətirir. Bəzi insanlarda fəsil dəyişəndə, xüsusən də payıza keçid olanda narahatlıqlar üzə çıxır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, payız bir çox xəstəlikəri ilə özünü büruzə verən bir mövsümdür. Onun sözlərinə görə, bu aylarda biz daha çox allergik xəstəliklərin baş qaldırdığını görürük ki, bunlara əsasən tənəffüs allergik xəstəlikləri addir.

Sübhan Hacıyev, Terapevt

S.Hacıyev bildirib ki, tənəffüs allergik xəstəliklərindən farengit, allergik bronxit, bir çox asmatik komponentlərin üstünlük təşkil etdiyi xəstəliklər, yəni bronxial astmanın kəskinləşməsi və s. kimi xəstəliklər daha çox təsadüf edilir.

Eyni zamanda payız aylarında məktəblərin, baxçaların, bir çox iş yerlərinin daha aktiv çalışması və insanların bu toplumlarda sıxlığının artdığını vurğulayan terapevt nəzərə çatdırıb ki, bu zaman bir çox tənəffüs yollarının virus infeksiyalarına da rast gəlirik:

“Bunlara adenovirus, rinovirus, qrip virusu, covid və s. viruslar aiddir. Respirator virus infeksiyalarında daha çox hərarət, baş ağrısı, burun axmaları, ümumi halsızlıq, quru öskürəklər və s. kimi simptomlar özünü göstərmiş olur”.

Bir çox hallarda immun sistemimizin özünün bu xəstəliklərin üstəsindən gələ bildiyini deyən ekspert nəzərə çatdırıb ki, əgər 3 gündən çox hərarət və ümumi halsızlıq əlamətləri davam edirsə, artıq insanlar həkimə müraciət etməlidirlər. Müsahibimiz bildirib ki, bunların sonrakı ağırlaşmaları ola bilir və bu virus infeksiyalarının yanına əlavə olaraq ikincili bakterial infeksiyada qoşula bilir ki, nəticədə durum daha da ağırlaşmış və fəsadlaşmış olur:

“Bütün bunlardan qorunmaq üçün bir həkim olaraq tövsiyə edərdim ki, insanlar mövsümə uyğun geyinsinlər, bol-bol su tükətsinlər, normal yuxu rejimində olsunlar, mövsümü meyvələrdən istifadə etsinlər. Payız-qış qabağı mütləq şəkildə vitamin D, C, Sink, Selen kimi mikroelementlərdən istifadə etsinlər, duzlu su ilə ağız və burun boşluqlarını təmizləsinlər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR