• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Rusiya XİN: "Livanda peycer partlayışları hibrid müharibə aktıdır"

DÜNYA

18 Sentyabr 2024 | 13:49

Rusiya XİN: Livanda peycer partlayışları hibrid müharibə aktıdır

"Livanda partladılmış peycerlər hibrid müharibə aktı hesab edilə bilər".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu  brifinqdə çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova peycerlərin kütləvi partlamasını terror aktı adlandırıb.

"Biz dost Livana və onun vətəndaşlarına qarşı misli görünməmiş hücumu qətiyyətlə pisləyirik. Bu hücum onun suverenliyinin kobud şəkildə pozulmasıdır. Qeyri-ənənəvi silahlardan istifadə etməklə, beynəlxalq hüquqa ciddi meydan oxunur", - deyə diplomat vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR