• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Kremlin yaxınlığında atışma olub, üç nəfər yaralanıb

DÜNYA

18 Sentyabr 2024 | 14:29

Kremlin yaxınlığında atışma olub, üç nəfər yaralanıb

Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma baş verib.

Bakıvaxtı.az xəbər verir ki, silahlı insident şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verib.

    Nəticədə biri polis əməkdaşı olmaqla üç nəfərin güllə yarası aldığı deyilib.

    Şirkətdən bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı Wildberries ofisinə qanunsuz daxil olmağa cəhd edib.

    Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.


    SON XƏBƏRLƏR