• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır

İQTİSADİYYAT

18 Sentyabr 2024 | 14:23

Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır

Su ehtiyatlarının qıtlığı Azərbaycan üçün kritik amildir və su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra Bakıda keçirlən "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" mövzusunda tədbirdə bildirib.

"Bakıda dəniz suyunun duzsuzlaşdırılması proqramının qəbul olunduğunu nəzərə alaraq paytaxtda su itkilərinin iqtisadi səviyyəyə (20-30 %) qədər azaldılması olduqca vacibdir. Bu, nəticə əsaslı dövlət-özəl tərəfdaşlığı çərçivəsində ola bilər. Özəl sektorun ehtiyac duyulan təcrübə, nou-hau və maliyyə vasitələri gətirməsi üçün ilkin əsas addım Bakı şəhəri üzrə texniki-iqtisadi əsaalandırmanın hazırlanmasıdır", - deyə o qeyd edib. /Report


SON XƏBƏRLƏR