• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Zelenski Sikorski ilə mübahisə edib? - ŞOK DETALLAR

DÜNYA

18 Sentyabr 2024 | 14:00

Zelenski Sikorski ilə mübahisə edib? - ŞOK DETALLAR

Polşanın xarici işlər naziri Vladislav Sikorski Kiyevə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə onun arasında mübahisə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Polşanın "Onet" nəşrinin jurnalisti Vitold Juraş yayıb.

Onun sözlərinə görə, Polşa nümayəndə heyəti Ukrayna prezidentinin görüşdəki “ünsiyyət tərzinə təəccüblənib”.

Yuraş iddia edir ki, Zelenski Polşa tərəfini Aİ-yə üzvlük danışıqlarında Kiyevə yetərincə dəstək verməməkdə günahlandırıb, həmçinin Polşanın kifayət qədər hərbi texnika təmin etməməsindən və Ukrayna hava məkanında Rusiya raket və dronlarını vurmamasından qəzəblənib.

"Söhbət iştirakçılarının ifadələrinə görə, bir anda atmosfer o qədər gərgin idi ki, qalmaqaldan danışmaq olardı", - jurnalist deyir.

O əlavə edib ki, iclasda da iştirak edən xarici işlər naziri Landsbergisin rəhbərlik etdiyi Litva nümayəndə heyəti “polşalı naziri dəstəkləməyə çalışmayıb”.


SON XƏBƏRLƏR