• Bakı 23° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Bakını tıxacdan necə çıxaraq? - TƏKLİF

CƏMİYYƏT

19 Sentyabr 2024 | 10:53

Bakını tıxacdan necə çıxaraq? - TƏKLİF

Paytaxt yollarındakı tıxac uzun illərdir üzləşdiyimiz və həllini tapa bilməyən problemlərdən biridir. Yeni dərs ilinin başlamasıyla yollarda vəziyyət daha dözülməz həddə çatıb.

Bəs bunun qarşını almaq üçün hansı addımlar atılmalıdır?Doğrudanmı, Bakını tıxacdan çıxarmaq çətin məsələdir?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, tıxacın aradan qaldırılmasında ən optimal yol paytaxtın köçürülməsidir ki, bu ağır bir prosesdir və iqtisadi məsrəfi böyükdür:

“Amma tıxacların qarşını almaq üçün çıxış yolu kimi Bakıda başqa bir imkan görmürəm. İmkanlar geniş olanda Xəzərin üstündən körpü çəkilişini gerçəkləşdirmək olardı və dairəvi xətt üzrə şəhərətrafı ilə şəhərə yetişmək mümkün olardı”.

Fazil Mustafa: Ən optimal yol paytaxtın köçürülməsidir ki, bu da...

Metro tikintisinin bərbad vəziyyətdə qaldığını deyən müsahibimiz qeyd edib ki, Bakı şəhəri üzrə minimum 150 metro stansiyasına ehtiyac var və bu stansiyaların kasadlığı da problem yaradır:

“İctimai nəqliyyat sektorunda metronun tikintisini sürətləndirib yaxın 10 ilə böyük bir atılım etmək olar və bu, tıxacın qarşısını ala bilər. Başqa cür bu tıxacın qarşısını almaq mümkün deyil”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Oktyabr 2024