"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi paytaxtdakı klinikalardan birindən məscidə aparılıb.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, dini mərasimlərin icrasından sonra cənazə Novxanı qəsəbəsindəki evinə gətirilib.
Hazırda vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq.
23:16
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi Novxanıdakı evindən götürüləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Musavat.com-a onun xanımı Salatın Əhmədova deyib. O bildirib ki, hazırda həyat yoldaşının meyiti Əjdərbəy məscidinə gətirilib, orada yuyulduqdan sonra yenidən Novxanıya aparılacaq.
T. Əhmədovun dəfn yeri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998-2014-cü illərdə "Bakı Metropoliteni" QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.