• Bakı 14° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yollarda moped problemi necə həll olunacaq? - VİDEO

CƏMİYYƏT

19 Oktyabr 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Yollarda moped problemi necə həll olunacaq? - VİDEO

Paytaxtda hər yerdə gördüyümüz mopedlər yollarda təhlükəli vəziyyətlər yaradır və sürücülərin öz həyatlarını riskə atmalarına səbəb olur.

Bakıvaxtı.az bildirir ki, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmur, bu da onların tez-tez qayda pozuntuları etmələrinə gətirib çıxarır.

Moped sürücüləri də etiraf edirlər ki, yol hərəkəti qaydalarını pozurlar.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynli mövzu ilə bağlı bildirib ki, gənclərlə maarifləndirmə işi aparılmalı və vətəndaşlar məlumatlandırılmalıdırlar. O əlavə edib ki, velosipedlərin və mopedlərin hərəkəti dövlət tərəfindən tənzimləyici mexanizmlərlə nəzarət altına alınmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev qeyd edib ki, bu nəqliyyat vasitələrinin qayda pozuntularına yol verdikləri halda 49 manat məbləğində cərimə tətbiq edilir.

Ətraflı İTV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026