• Bakı C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

2 nəfərin ölümünə səbəb olan “Prius” sürücüsünə HÖKM OXUNDU

HADİSƏ

19 Sentyabr 2024 | 11:47

2 nəfərin ölümünə səbəb olan “Prius” sürücüsünə HÖKM OXUNDU

Sumqayıt şəhərində bir ailədən 2 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətmiş sürücüyə hökm oxunub.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomobillə qəza törədən 1985-ci il təvəllüdlü Mirzə Dadaşova 7 il həbs cəzası verilib.

M.Dadaşov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə iyulun 2-si gecə saat 22 radələrində baş verib. Mirzə Dadaşov onlayn proqram üzərindən Saray qəsəbəsindən müştəriləri götürüb. Qonaqlıqdan çıxan ailə üzvləri - 1969-cu il təvəllüdü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov və 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva avtomobillə Sumqayıta gedərkən sürücü “Toyota Prius” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub. Nəticədə taksi əks tərəfdən gələn “Hyundai SantaFE” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində Xaləddin Məmmədov və gəlini Ləman Məmmədova aldıqları ağır xəsarətlərdən vəfat ediblər, daha 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sürücü qaranlıqda şam ağaclarının onun görmə şəraitini çətinləşdirdiyini və bu səbbədən qəzanın baş verdiyini deyib. M.Dadaşov “Hyundai SantaFe” markalı avtomobilin sürətinin çox olduğunu və qəzanın da bu səbəbdən baş verdiyini iddia edib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR