• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Tariximizin şanlı səhifəsi: Antiterror əməliyyatları Azərbaycanın gücünü göstərdi

SİYASƏT

19 Sentyabr 2024 | 11:24

Tariximizin şanlı səhifəsi: Antiterror əməliyyatları Azərbaycanın gücünü göstərdi

Ötən ilin bu günü Azərbaycan zəfər tarixinin şanlı səhifələrindən biri kimi yadda qaldı. Baş tutmuş antiterror əməliyyatları, ölkənin təhlükəsizliyini təmin etdi və regional stabilliyi qoruya bildi. Bu hadisələr yalnız terrorizmlə mübarizə ilə məhdudlaşmır, eyni zamanda siyasi dinamikanı da əhatə edir.

Bəs bu əməliyyatlar Azərbaycan tərəfinə daha nə qazandırdı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin VI çağırış deputatı Arzu Nağıyev bildirib ki, son dövrlərdə baş verən əməliyyatların səbəbi Qarabağ münaqişəsindən sonra gərginliyin artması ilə əlaqədardır:

"Ordumuz vəziyyətdən uğurla istifadə edərək daxili sabitliyi gücləndirmək və terrorçuların fəaliyyətini məhdudlaşdırmaq üçün antiterror əməliyyatlarına daha çox əhəmiyyət verməyə başladı. Çünki baş verən hadisələr müəyyən dərəcədə siyasi gərginliyin artmasına və insan hüquqlarının pozulmasına yol açırdı".

Arzu Nağıyev bildirir ki, terrorizm beynəlxalq miqyasda artan bir təhlükədir. Bu kontekstdə, antiterror əməliyyatları, müstəqil bir dövlət olaraq Azərbaycanın təhlükəsizlik strategiyasının əsas tərkib hissəsidir:

"Ordumuz vətəndaşların təhlükəsizliyini təmin etməyi, həmçinin qeyri-dövlət aktorlarının ölkədəki stabilliyə təsirini azaltmağı prioritet olaraq görür".

Onun sözlərinə görə, Qarabağ münaqişəsindən sonra regiondakı gərginliyin artması Azərbaycanın antiterror siyasətinə birbaşa təsir edib:

"Müharibədən sonrakı dövrdə separatizmin, terror qruplaşmalarının və xarici müdaxilənin artmasını önləmək üçün sərt tədbirlər görüldü. Baş verənlər, həmçinin dövlətimizin və ordumuzun gücünü sübut etdi".

Arzu Nağıyev: Regionda gərginliyin artması Azərbaycanın antiterror siyasətinə birbaşa təsir etdi

Müsahibimiz son olaraq diqqətə çatdırıb ki, antiterror əməliyyatları, təhlükəsizlik, siyasi və sosial kontekstdə əhəmiyyətli rola sahib oldu:

"Uğurlu həyata keçirilən əməliyyatlar, ölkənin daxili və xarici siyasətinin daha geniş perspektivlərdə inkişafına imkan yaradıb".

Əli Hüseynov


SON XƏBƏRLƏR