• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Böyük Britaniya: İsrail Yaxın Şərqdə sülhü pozur

SİYASƏT

19 Sentyabr 2024 | 11:36

Böyük Britaniya: İsrail Yaxın Şərqdə sülhü pozur

"İsrail işğal olunmuş Fələstin ərazilərini mümkün qədər tez tərk etməlidir". 

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord deyib.

Diplomat bildirib ki, Böyük Britaniya İsrailin sülh perspektivlərini pozmaqda davam edən hərəkətlərindən ciddi şəkildə narahatdır. 

"Suveren və azad Fələstini təmin edəcək danışıqlar üçün şərait yaratmağa hər cür səy göstərilməlidir”, - diplomat bildirib.

Vudvord onu da qeyd edib ki, Böyük Britaniya Təl-Əvivin Fələstin ərazilərini tərk etməsini tələb edən qətnaməyə səsvermədə bitərəf qalıb. Çünki bu sənəd sülhə nail olmağı effektiv şəkildə təşviq etmir.

Gülşən Şərif


SON XƏBƏRLƏR