• Bakı 19° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Qara Qarayev “Neftçi”dən getdi

İDMAN

19 Sentyabr 2024 | 10:40

Qara Qarayev “Neftçi”dən getdi

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


SON XƏBƏRLƏR