• Bakı C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

COP29

19 Sentyabr 2024 | 11:28

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində deyib.

O bildirib ki, COP29 çərçivəsində ölkələr şəffaflıq hesabatını təqdim edəcəklər: "Bu, iqlim layihələri ilə bağlı hesabatdır”.

M.Babayevin sözlərinə görə, bu sənədlər kifayət qədər vacibdir: “Azərbaycan çalışacaq ki, COP29-a qədər bu sənədi hazırlasın və təqdim etsin”.

Nazir onu da əlavə edib ki, COP29 çərçivəsində Azərbaycanda bir çox yaşıl layihələr təqdim olunacaq: "Bunların xeyli hissəsi Qarabağla bağlı olacaq. Digər regionlarla bağlı da layihələr var. COP29 Azərbaycanın özünü təqdim və təbliğ etməsi üçün yaxşı imkandır".


SON XƏBƏRLƏR